Məşhur aktrisanın qızı xərçəngə tutuldu - fotolar

Məşhur aktrisanın qızı xərçəngə tutuldu - fotolar
5349 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yeşilçam”ın məşhur siması Hülya Koçiyitin qızı, aktyor Engin Altan Düzyatanın qayınanası Gülşah Alkoçlar xərçəngə tutulub.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, bir vaxtlar türk filmlərinin uşaq ulduzu olan G.Alkoçlar müalicə üçün Amerikaya yollanıb. Sinəsində kiçik şiş yaranan 45 yaşlı Gülşah əməliyyatdan öncə kimyəvi terapeya almağı düşünür.

Hazırda həyat yoldaşı Əndər Alkoçlar, qızları Nəslişah və Əslişah onun əhvalını yüksək tutmağa çalışırlar. Bu yaxınlarda E.A.Düzyatanla ailə quran N.Alkoçlar sosial şəbəkədən anasına bu mesajı ötürüb:
 
“Dünyaya bir daha gəlsəm, yenidən səni anam olaraq seçərdim. Səni çox sevirəm. Yaxşı ki, varsan”.