Rövşanə Bektaşidən gözəllik sirləri + fotolar

Rövşanə Bektaşidən gözəllik sirləri + fotolar
7352 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS telekanalının aparıcısı Rövşanə Bektaşi fotokameramızın obyektivinə tuş gəlib.
 
Axşam.az-ın müxbirilə söhbətində aparıcı indiyədək pəhriz saxlamadığını deyib:

“Efir məni 9 kiloqram daha kök göstərir. Həyatda görənlər təəccüblənir ki, sən televiziyada necə artıq çəkidə görsənirsən... Heç vaxt pəhriz saxlamıram. Qurmanam, dadlı yeməkləri sevirəm. Həm bişirməkdən, həm də yeməkdən xoşum gəlir. Üzgüçülüklə məşğulam. Bunu isə formada qalmaq üçün yox,  sağlamlıq üçün edirəm. Necə göründüyüm məni narahat etmir. Verilişimdə xarici görünüşümü ön plana çıxarmıram. Neçə illərdir eyni saç düzümündə, stildəyəm. Çünki tamaşaçı yalnız ilk beş dəqiqədə aparıcının görünüşünə fikir verir. Söylədiyin fikirlər onun üçün daha önəmlidir. Əgər görsə ki, boşboğazlıq edirsən, kanalı dəyişəcək. Önəmli olan aparıcının nə danışdığı, mövzunu necə təqdim etməyidir. Bunu hər zaman demişəm. Xarici görünüşlə yadda qalmaq olmur. Vacib olan savaddır”.

R.Bektaşi üz baxım sirlərini də bizimlə bölüşüb:

“Heç bir kosmetoloji xidmətlərdən  istifadə etməmişəm. Plastik əməliyyata pis baxmıram. Amma hələ ki, buna ehtiyacım yoxdur. Makiyajı sevmirəm. Ev şəraitində özümə qulluq edirəm. Evimizə gələn mənim üzümü maskasız görə bilməz. Satışda olan maskalardan istifadə etmirəm. Hamısını evdə hazırlayıram. Bir də zəncəfilli çay içirəm. Xanımlara məsləhət görürəm ki, on gün zəncəfili dəmləyib, içərisinə azca limon və nanə töküb ilıq halda içsinlər. Mən su əvəzinə bu mayedən istifadə edirəm. Çünki daxili orqanları təmizləyir, qocalmağa qoymur, insanı arıq saxlayır. Bütün maskalara yulaf qatıram. Qatığı süzürəm, bir gün yumurta sarısı, bir gün yulaf, bir gün vitamin E qatıb üzümə çəkirəm. Yulafdan bütün xanımlar istifadə etsinlər”.

Zəhra ƏHMƏDOVA

Foto: Rəşad ABBASOV