Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva mükafat alıb.
Axşam.az xəbər verir ki, model türk dünyası ölkələrinin sənət aləmindəki fəaliyyətinə görə “Türkiyə Azərbaycan adına sənət səfiri” nominasiyasında mükafatlandırılıb.
Gecədə eyni zamanda TMB kanalı tərəfindən Kazan şəhərində keçiriləcək “Türkvision” yarışmasının Türkiyə təmsilçisinin tanıdılması da baş tutub.
G.Musayeva əməkdaşımızla söhbətində noyabrın 22-də Kazana gedəcəyini və “Türkvision”da qonaq qismində iştirak edəcəyini bildirib. Yarışma çərçivəsində baş tutacaq dəfilədə Günay baş model olaraq podiuma çıxacaq.
Qeyd edək ki, gecədə xalq artisti Brilliant Dadaşova da mükafat alıb.