Dünya şöhrətli müğənni Ledi Qaqa konsert proqramı üçün Hamburqa yollanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, böyük bir coşğu ilə qarşılanan pop ulduz fanatlarıyla şəkillər çəkdirib. Qara libas geyinən Ledinin burnundakı gözşəkilli pirsinq xüsusi diqqət çəkib.
Bu arada, L.Qaqanın "Vampir gündəlikləri" serialındakı roluyla tanınan aktyor Teylor Kinni ilə ailə qurmağa hazırlaşdığı deyilir. Bu haqda Teylorun həmkarı, aktrisa Sofiya Buş məlumat verib.