“AZAL”ın prezidenti Cahangir Əsgərovun qızı və kürəkəni dünən paytaxt restoranlarından birinin açılışında iştirak ediblər.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt elitasının qatıldığı möhtəşəm açılış mərasiminə Cahangir Əsgərovun qızı ispan həyat yoldaşı ilə birgə qatılıb.
Tədbirdən çəkilən həmin fotoları təqdim edirik:

Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun Cəmilə və Mila adlı iki qızı var. Onların hər ikisi Londonda yaşayır və "Gazelli" kosmetika şirkətinin Londonda yerləşən baş ofisində çalışırlar. Şirkətin Azərbaycan üzrə işlərini isə Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva reallaşdırır.
Cəmilə Əsgərova "Gazelli Azerbaijan" kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir. O, 2008-ci ildən etibarən burada çalışır. Cütlüyün Amadeo adlı oğlu var.