Fatimə iki kimsəsiz gəncin xına mərasimini etdi - fotolar

Fatimə iki kimsəsiz gəncin xına mərasimini etdi -  fotolar
3504 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva internat məktəblərinin birində iki gəncə kömək edib.

Axşam.az-ın məlumatına görə, sənətçi evlənməyə hazırlaşan gənclərin xına mərasimini keçirməyi öz üzərinə götürüb. Sosial şəbəkədə ötən gün baş tutan məclisdən fotolar yayılıb.

F.Fətəliyeva “Ata-ana sevgisindən məhrum olan insanların xoş günündə iştirak etmək bizim borcumuzdur. Allah xoşbəxt etsin. İnternat evində xınamız oldu. Gənclərimiz çox sevinirdi”, - deyə bildirib.