“Hətta 20 uşaq dünyaya gətirərəm”

“Hətta 20 uşaq dünyaya gətirərəm”
2740 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı model-aktrisa Liv Teyler “Tempo” jurnalına fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, şəxsi həyatı və yaradıcılığı haqda danışan 37 yaşlı Liv çoxlu uşağının olmasını istədiyini deyib:

“Ana olduğuma görə elə xoşbəxtəm ki... Ümid edirəm ki, daha çox uşağım olar. Bunu ürəkdən istəyirəm. Hətta 20 uşaq dünyaya gətirərəm”.

Aktrisa 14 yaşından modelliyə başlasa da, həmin vaxt bu işdən nifrət etdiyini bildirib:
 
“Mənə əmr verilməsini xoşlamırdım. Beynimdə çoxlu fikirlər var idi, amma mən gözəl görünməli və çox danışmamalıydım. İndi isə modelliyi sevirəm”.

Qeyd edək ki, L.Teyler “Spacehog” musiqi qrupunun üzvü Royston Langdonla ailəli olub və ondan Milo adlı 9 yaşlı bir oğlu var. Aktrisa hazırda başqa bir şəxslə münasibətdədir.