Dünyanın iki məşhur baş məşqçisi dalaşdı - fotolar

Dünyanın iki məşhur baş məşqçisi dalaşdı - fotolar
1997 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərə Premyer Liqasının 7-ci turunda dünən keçirilən "Çelsi" - "Arsenal" matçında (2:0) insident yaşanıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandaların baş məşqçiləri Arsen Venger və Joze Mourinyo arasında dava düşüb. Matçın 21-ci dəqiqəsində "Çelsi"nin futbolçusu Qari Kehil rəqib komandanın hücumçusu Aleksis Sançesə qarşı kobud oynayıb. Bu epizoddan sonra hakimə etiraz edən A.Venger Mourinyo ilə də mübahisə edib. Daha sonra isə o, Mourinyonun texniki zonasına gələrək onu sinəsindən itələyib. Yalnız matçın beşinci hakiminin müdaxiləsi ilə iki baş məşqçi arasında yaranan davanın daha da böyüməsinin qarşısı alınıb.