Məşhur caz musiqiçiləri Bakıya gəlir

Məşhur caz musiqiçiləri Bakıya gəlir
857 dəfə oxunub
  • A-
  • A
  • A+
19-30 oktyabr tarixləri arasında Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, ənənəvi olaraq dünyanın ən məşhur caz musiqiçiləri şəhərimizin qonağı olacaq. 
      
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Filarmoniyası, Mahnı teatrı və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışları gözlənilir.  Eyni zamanda, Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” qrupu, "Cəngi" caz qrupu və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
 
Heydər Əliyev Sarayında baş tutacaq konsertlərin siyahısını təqdim edirik:

21 oktyabr - Rast Qrupu - 20 il  yubiley konserti keçiriləcək. Saat 20:00 –da başlayacaq konsertin biletləri 20-100 manat arasında satışa çıxarılıb.

22 oktyabr - Dünya şöhrətli Terence Blanchardın kvintetinin konserti keçiriləcək. Caz ifaçısını konsertdə, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Saat 19:00 – da başlayacaq konsertin biletləri 10-50 manat arasında satışa çıxarılıb.

28 oktyabr - Dünya şöhrətli cazmen, peşəkar musiqiçi və bəstəkar Stanley Clarkenin qrupunun konserti keçiriləcək. Saat 21:00 –da başlayacaq konsertin biletləri 20-60 manat arasında satışa çıxarılıb.

Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.