Polat Alemdarın yeni "sağ əli" - fotolar

Polat Alemdarın yeni "sağ əli" - fotolar
2583 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə və Yaxın Şərqdə reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialına yeni aktyor transfer olunub. 

Axşam.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, “Şefkat Tepe” serialında Kordon Cəlil obrazı ilə tanınan aktyor Ərtuğrul Şakar “Vadi”də Polad Alemdarın yeni "sağ əli" olacaq.

Qeyd edək ki, “Şefkat Tepe” serialı Fəthullah Gülənin rəhbərlik etdiyi “Hizmet” hərəkatına aid “Samanyolu” kanalında nümayiş olunurdu. Aktyor Ərtuğrul Şakar isə kanalın hökumətə və Rəcəb Tayyib Ərdoğana qarşı qərəzli mövqe tutduğunu iddia edərək serialdan ayrılmışdı.

Film şərhçiləri hesab edir ki, Ərtuğrul Şakar “Kurtlar Vadisi Pusu” serialını səssiz – sədasız tərk edən, Abdulhey Obrazını yaradan aktyor Kənan Çobanın yerini tutacaq.