Təranə: "Həyəcanlı idim, dilim söz tutmurdu" - fotolar

Təranə: "Həyəcanlı idim, dilim söz tutmurdu" -  fotolar
4070 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədovanın "Space" telekanalında yayımlanan "Hələ bu harasıdır" adlı yeni verilişi yayımlanıb.

Axşam.az-ın məlumatına görə, ilk efir günündə çox həyəcanlı olduğunu deyən prodüser təəssüratlarını bizimlə bölüşüb:

"Əvvəldə çox həyəcanlı idim. Dilim söz tutmurdu. Qonaqlarım gəldikdən sonra bir az düzəldim. İnanıram ki, tamaşaçılar həyəcanımı bağışlayar. İlk veriliş və canlı efirdə bu, normaldır".

Qeyd edək ki, "Hələ bu harasıdır" həftənin beş günü saat 10:45-dən 12:00-a kimi yayımlanacaq.