Ağalarovlar ad günü keçirdi - fotolar

Ağalarovlar ad günü keçirdi - fotolar
6205 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov və müğənni-bəstəkar Emin rəhbərlik etdikləri "Veqas" alış-veriş mərkəzinin 2 yaşını təmtəraqlı şəkildə keçiriblər.

Axşam.az-ın məlumatına görə, həmin gün eyni zamanda "MUZ TV"nin də yaranmasının ildönümü qeyd olunub. Rusiya şou-biznesinin tanınmış simalarının qatıldığı gecədə təşkilatçılar qonaqlar üçün bir çox sürprizlər hazırlayıblar.

Gecəyə Lera Kudryavseva və Andrey Razıqrayev aparıcılıq edib. Maraqlı anların yaşandığı mərasimdə nostalji məkan, əyləncəli parti, fotosessiya kimi hissələr olub.