Ruhinin yeni verilişi başladı - fotolar

Ruhinin yeni verilişi başladı -  fotolar
5942 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də bir çox layihənin müəllifi kimi tanınan Ruhi Əliyevanın “Dəb Siz” adlı verilişinin ilk yayımı baş tutub.

Axşam.az-ın məlumatına görə, ilk buraxılışda maraqlı anlar yaşanıb.

“Dəb Siz”in qaydalarına əsasən, verilişdə “məhkəmə” qurulub. Məhkəmənin ilk müttəhimi 27 yaşlı satıcı Mehriban Ələkbərova olub. Onu rəfiqəsi Sevinc dəbsizlikdə günahlandırıb. Verilişin ittihamçısı modelyer Afaq İsmayılzadə iştirakçının rəfiqəsi Sevincin adından çıxış edib. Mehriban xanımın vəkili, xalq artisti Faiq Ağayev də öz vəzifəsini layiqincə yerinə yetirib.“Dəb Siz”in hakimi isə Ruhi Əliyeva olub. Onlar birlikdə Mehribanın imicində dəyişiklik ediblər.

Əsas qonağın görünüşü üzərində stilist Məhməd çalışıb.

Qeyd edək ki, "Dəb Siz" verilişinə həftənin bazar ertəsi saat 12:00-da baxa bilərsiniz.