Süleyman Dəmirəl tanınmış müğənni ilə mahnı oxudu - fotolar

Süleyman Dəmirəl tanınmış müğənni ilə mahnı oxudu - fotolar
2388 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış müğənniləri Qurban bayramı ilə əlaqədar olaraq oktyabrın 4-ü və 6-sında Kiprdə konsert proqramı ilə çıxış ediblər.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, bayramın 1-ci günü səhnəyə çıxan Sibel Can qara libası və rəqsləri ilə izləyiciləri əyləndirib.

Funda Ararı dinləməyə gələn qonaqlar arasında isə, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl də olub. O, müğənni ilə birlikdə “Huysuz ve tatlı kadın” mahnısını zümzümə edib.

Həm öz, həm də həmkarlarının mahnılarını səsləndirən Ebru Gündeş gecə boyunca mühafizəçilərinin müşayiəti ilə şou göstərib.

Bayramın ikinci günü otellərdən birində konsert verən Fərhad Göçər “Gənclik marşı”ı oxuyarkən hamıdan ayağa durmağı xahiş edib.

Şevval Sam isə konsertində xalq mahnıları oxumaqla yanaşı, tanqo rəqsinə də yer verib.

Təxminən 1000 nəfərin izləməyə getdiyi Sezen Aksu “Efeler” mahnısını səsləndirərkən vokalisti Cihan Okanla birlikdə türk rəqsi “Zeybek” oynayıb.