Gülbən Ərgən həyat yoldaşı ilə Həcc ziyarətində - fotolar

Gülbən Ərgən həyat yoldaşı ilə Həcc ziyarətində - fotolar
3517 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda telejurnalist Ərxan Çəliklə ailə quran türkiyəli müğənni Gülbən Ərgən həyat yoldaşı ilə birlikdə Həcc ziyarətinə yollanıb.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, bal ayı əvəzinə, müqəddəs torpaqlara getməyə qərar verən cütlük dini vəzifələrini yerinə yetirərək hacı olub. G.Ərgən bal ayında Həccə getməsini müzakirə edənlərə sosial şəbəkədən bu mesajı ötürüb:

“Şərh yazanlar, könül qıranda bundan zövq alanlar, xarici görünüşümə aldanıb həqiqəti unudanlar... Olduğum yerin adəti nədirsə, libasım da ona uyğun olur... Ölkəmə qayıdanda qəlbim, nəfsim, nəfəsim dəyişməz... Hər dəfə ürəyimi bir az da təmizləyib gəlirəm o yollardan. Sosial şəbəkədən bəzən ALS xəstəliyinə, bəzən də “Çocuklar gülsün diye” layihəmə, hərdən bir mahnıma, hərdən də bayramlara diqqət çəkmək üçün istifadə edirəm. Bura mənim yaşadıqlarım və seçdiklərimdən ibarət olan yerdir...”.