Müğənni Röya Ayxan və Xəyyam Nisanov “Sənə ehtiyacım var” adlı mahnını duet şəklində ifa edib.
Axşam.az-ın məlumatına görə, sözləri və musiqisi Murad Arifə aid olan bəstəyə sənətçilər klip də çəkdirir. Mahnının aranjimanı Rəşad Bağırova məxsusdur. Türkiyədə lentə alınan ekran işinin rejissoru Müjdat Kupsidir.
Röya və Xəyyam çəkilişdən fotoları İnstaqram səhifəsində paylaşıb. Onlar yeni ekran işinin tezliklə təqdim olunacağını vurğulayıblar.