Prezidentin xanımının yarıçılpaq fotoları

Prezidentin xanımının yarıçılpaq fotoları
5996 dəfə oxunub
  • A-
  • A
  • A+
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin xanımı, rəssam-vizajist Make Çiçuanın yarıçılpaq fotoları yayılıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, vaxtilə “Keep Smiling” filmində açıq-saçıq səhnələrdən birində çəkilmiş çimərlik geyimindəki qadınlardan birinin prezidentin xanımı olduğu üzə çıxıb. Bu xəbər isə gürcü mediasının gündəminə çevrilib.

Qeyd edək ki, M.Çiçua hazırda da aktrisa kimi fəaliyyətini davam etdirir. O, Liki Sixiselinin rejissorluğu ilə lentə alınan “Yol” filmində çəkilir. Buna qədər isə Make Çiçua bir sıra ekran işində epizodik rollarda da yer alıb.