Türkiyə mətbuatı aparıcı Xoşqədəm Hidayətqızından yazıb.
Axşam.az-ın məlumatına görə, “Milliyət”də dərc olunan xəbərdə bunlar qeyd olunub:
“Bakıda yaşayan Kamran Mahmudzadə bir həftə əvvəl itib. Anası Azərbaycanın “Müge Anlı”sı kimi tanınan aparıcı Xoşqədəm Hidayətqızının verilişinə qatılaraq kömək istəyib. 23 yaşındakı Mahmudzadə telefonla proqrama zəng edərək, qumar borcuna görə Diyarbəkirdə qaçırıldığını, 50 min lirə qarşılığında sərbəst buraxılacağını deyib. Buna görə də Azərbaycan səfirliyi işə qarışaraq, Türkiyədən kömək istəyib. Türk polisi Kamranın rus bir qadınla görüntüləndiyini ortaya çıxarıb. Qadının kimliyini araşdıran polis onun Laləli səmtində bir oteldə qaldığını öyrənib. Hidayətqızı hadisə ilə bağlı İstanbula gedib. O, qaçırıldığını deyən oğlanın rus qadınla bir yerdə yaşadığını görəndə təəccüblənib. Mahmudzadə “Pullarımı qumarda uduzduğuma görə ailəmə qaçırılma yalanını uydurdum” deyə bildirib”.
Qeyd edək ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinə çıxan ana oğlu Kamranın İŞİD tərəfindən tutulduğunu və onlara qoşulduğunu iddia etmişdi.