ATV-də yayımlanan “Bakı vaxtı ilə” verilişinin növbəti buraxılışı sabah efirə gedəcək.
Axşam.az-ın məlumatına görə, müğənni Roza Zərgərlinin aparıcılıq etdiyi veriliş “Bizim Cəbiş müəllim” filminə həsr edilib.
Proqramın qonaqları rejissor Şeyx Əbdül Mahmudbəyov, kinoşünas Aydın Kazımzadə, Makedon obrazını canlandırmış aktyor Aqil Ağacanov olacaq.
Saat 23:00-da efirə gedəcək verilişdə filmin kamera arxasında baş verənlər, indiyədək heç kimə məlum olmayan gizli məqamlar açılacaq.
Qeyd edək ki, layihənin rəhbəri Elşən Babayev, baş redaktoru Zabir Əliyev, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur.