“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində 18 Oktyabr - Müstəqillik Günü qeyd edilib.
Axşam.az-ın məlumatına görə, verilişdə xalq artisti Mübariz Tağıyev, Ağadadaş Ağayev, müğənnilər Niyam Səlami, İlahə İbadova, “Dostlar” qrupu qonaq olub. İfaçılar vətənpərvərlik mövzusunda mahnılar səsləndirib.
Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftə içi beş gün saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.