“Kaçak” serialından Dadaylı obrazı ilə tanınan aktyor Həsən Küçükçetin ötən gün memar Nazlı Yavuzcanla ailə qurub.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktyorun nikah şahidi aktrisa Bərgüzar Korel olub. Toya həyat yoldaşı Halit Ərgənçlə birlikdə gedən B.Korel Həsənlə eyni universiteti bitirdiyini deyərək xatirələrini bölüşüb:
“Aramızda pul yığıb çörək, kartof aldığımız günlərimiz olub. Bəzən pulsuz belə qalmışıq. İndi hər ikimizin çatdığı nöqtəyə baxıb xoşbəxt oluruq”.