Uşaq evinin sakinləri pizza bişirdilər - fotolar

Uşaq evinin sakinləri pizza bişirdilər -  fotolar
1279 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni il ərəfəsində “Ümid yeri” uşaq sığınacağının sakinləri üçün master-klass təşkil olunub.

Axşam.az-ın məlumatına görə, “Formaggio” jurnalının təşkilatçılığı ilə keçirilən tədbir şəhər restoranlarının birində baş tutub.

Sığınacağın 6-11 yaş arası sakinləri üçün təşkil olunan master-klassdan öncə animatorlar “Köpük şou” göstəriblər. Şou uşaqların böyük marağına səbəb olub. Daha sonra 13 uşaq pizzanın bişirilmə qaydasını öyrənib. Öz əlləri ilə pizza hazırlayan balacalar elə həmin təamların da dadına baxıblar.

Master-klassdan sonra uşaqlara restoran rəhbərliyi tərəfindən attraksionlar üçün kuponlar təqdim olunub.