Ledi Qaqa dünya şöhrətli cazmenlə -fotolar

Ledi Qaqa dünya şöhrətli cazmenlə -fotolar
1143 dəfə oxunub
  • A-
  • A
  • A+
“Cheek to cheek” (“Yanaq yanağa”) adlı ortaq albom çıxaran dünya şöhrətli müğənni Ledi Qaqa və cazmen Toni Bennett dekabrın 31-də başlayacaq promo-turneləri çərçivəsində tez-tez televiziya və radio şoularına çıxırlar.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, musiqiçilər bu dəfə “Good morning America” (“Sabahın xeyir, Amerika”) şousuna qatılaraq yeni albomları haqqında məlumat veriblər. İnsanları öz qeyri-adi geyim tərzi ilə heyrətləndirməyi bacaran L.Qaqa bu dəfə daha sadə libasda olub.

Ulduzun yeni obrazının yaradılmasında “Opera kabusu” layihəsindən ilham alındığı diqqətdən yayınmayıb. Belə ki, Ledi Qaqa tədbirə dərin dekolteli qırmızı dəri kombinezonda qatılıb. Müğənni geyimini böyük şlyapa və yarım üz maskası ilə tamamlayıb.