Ədalət Şükürovdan istirahət məsləhətləri

Ədalət Şükürovdan istirahət məsləhətləri
5251 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space”də yayımlanan “Hələ bu harasıdır” verilişində Azərbaycandakı otellər və turizm müzakirə olunub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Təranə Səmədovanın etdiyi proqramın qonaqları arasında əməkdar artist Ədalət Şükürov, aparıcı Günel Musəvi yer alıblar. Ə.Şükürov qış turizmindən söz açıb:

“Bizdə istirahət, otellər bahadır. Amma elə adam var ki, ölkədən kənara çıxa bilmir. O zaman buradakı gözəl məkanlarımıza gedə bilərlər. Turizm inkişaf edir. Bayram ərəfəsində heç bir istirahət mərkəzində qalmağa yer tapa bilməzsiniz. Mən insanlara heç vaxt Bakuryaniyə getməyi məsləhət görmürəm. Ondansa öz rayonlarımıza getsinlər. Orada nə qulluq, nə də xidmət yaxşıdır. Həmin pula Şahdağa gedin”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftə içi beş gün saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Qurik, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.