Monika Belluççi "Ceyms Bond"un yeni filmində - fotolar

Monika Belluççi "Ceyms Bond"un yeni filmində - fotolar
2089 dəfə oxunub
  • A-
  • A
  • A+

50 yaşlı aktrisa Monika Belluççi və 29 yaşlı Lea Seydu əfsanəvi Ceyms Bond silsilə filmlərinin yeni bölümündə rol alacaqlar.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Xəfiyyə 007”ni bu dəfə də aktyor Deniel Kreyq canlandıracaq. Britaniya kinostudiyası “Pinewood Studios”da ekran işinə həsr edilən mətbuat konfransı keçirilib. Filmin adını və aktyor kollektivini rejissor Sem Mendes təqdim edib.

Ekran əsəri haqqında bütün məlumat filmin rəsmi “Twitter” səhifəsində yayımlanacaq. S.Mendes Bond qızlarından birinin Lea Seydu olduğunu rəsmi şəkildə açıqlayıb. O həmçinin “Xəfiyyə 007”nin italyan gözəlçəsini Monika Belluççinin canlandıracağını əlavə edib.
 
Aktrisa kameralar qarşısına qara don, qara corablar və laklı ayaqqabılarla çıxıb. M.Belluççi ən yaşlı “Bond qızı” olacağı üçün narahat olmadığını bildirib. Bu vaxta qədər “Xəfiyyə 007”nin xanımlarından ən yaşlısını isə 39 yaşlı Honor Blekman ifa edib.