Dilarə və Eldar konsert verdilər – sahibsiz itlər üçün

Dilarə və Eldar konsert verdilər – sahibsiz itlər üçün
1393 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision” təmsilçilərimiz Dilarə Kazımova və Eldar Qasımovun iştirakı ilə konsert proqramı keçirilib.

Axşam.az-ın məlumatına görə, “B.A.R.S. sahibsiz heyvanlara qayğı” yardım fondu tərəfindən təşkil olunan gecə “Bakı Caz Mərkəzi”ndə gerçəkləşib.

D.Kazımova konsertlə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb:

“Mən də B.A.R.S. təşkilatının üzvüyəm. Təşkil olunmuş bu tip tədbirlərdə yaxından iştirak etməyə çalışıram. Konsertdən yığılan bütün vəsait sahibsiz itlər üçün tikiləcək yuvalara sərf olunacaq. Belə soyuq havada onların tez bir zamanda isti bir yerə ehtiyacları var”.

E.Qasımov isə belə tədbirlərin çox olmasını arzulayıb:

“Çox gözəl bir layihədir. Cəmiyyətimizin sağlamlığı üçün belə tədbirlər vacibdir. Biz xeyirxahlıqla məşğuluq və insanları buna cəlb edirik. Mən qürur hissi duyuram”.

Gecədə həmçinin ifaçılar Azad Şabanov, Mikayıl Rəfiyev, “Excellent” Music Band qrupu da iştirak edib.

Sərvər MEHTİYEV

Foto: Rəşad ABBASOV