Corc Kluninin toyundan yeni fotolar

Corc Kluninin toyundan yeni fotolar
1899 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrda ailə quran Hollivud ulduzu Corc Kluni ilə vəkil Amal Kluninin toy fotoları yayılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl heç yerdə yayımlanmayan şəkillərdə Corcla Amal rəqs edir və nikahdan sonra təşkil olunan partidə əylənirlər.

Toya dəvət olunmuş 90 nəfər qonaq arasında tanınmış simalar da yer alıb. A.Kluninin geyindiyi gəlinlik oktyabrda dünyasını dəyişən məşhur dizayner Oskar de la Rentanın imzasını daşıyır. Bu libas dizaynerin hazırladığı sonuncu işi kimi də tarixə düşüb.

Qeyd edək ki, cütlüyün toyu Venesiyada baş tutub və 3 gün davam edib.