Elnur Məmmədli reydə çıxıb pərdəli maşın saxladı - fotolar

Elnur Məmmədli reydə çıxıb pərdəli maşın saxladı -  fotolar
6792 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 5-dən 6-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin də iştirakı ilə genişmiqyaslı reyd keçirilib.

Reyddə tanınmış idmançı, olimpiya çempionu Elnur Məmmədli də iştirak edib.

Axşam.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, Bakı şəhər DYPİ-nin əməkdaşı olan və polis kapitanı rütbəsi daşıyan Elnur Məmmədli xidməti avtomobili ilə görüntülənib. 10 YP 307 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan olimpiya çempionu gecəyarısı avtomobilin arxa yan şüşələrinə pərdə vuran sürücünü saxlayıb. Zərifə Əliyeva küçəsində – «Hilton» otelin qarşısında «Range Rover» markalı, 90 DS 909 dövlət nömrə nişanlı avtomobili saxlayan Elnur Məmmədlinin iştirakı ilə həmin sürücüyə inzibati protokol tərtib olunub. Avtomobildəki pərdələr isə yığışdırılıb.

Jurnalistlərin çəkiliş apardığını görən sürücü etiraz edib. Sonra isə fikrini belə əsaslandırıb:

«Mən dost-tanışa demişəm ki, Bakıda deyiləm, sizsə məni çəkib efirə verirsiniz. Belə olmaz axı».