"6 aya 500 min qazandım"

"6 aya 500 min qazandım"
4200 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş model və “Playboy” gözəli Kendra Vilkinson özü ilə bağlı maraqlı etiraflar edib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, hazırda “I'm a Celebrity” adlı yarışmada meşədə rəqibləri ilə mübarizə aparan Kendra modelliyə başlamazdan öncə striptizlə məşğul olduğunu deyib. O, bu yolla 6 aya 500 min dollar qazandığını söyləyib:

“18 yaşım var idi. Bir səhər qəflətən belə bir fikir ağlıma gəldi ki, striptizlə məşğul olmalıyam. Partilərə getməyi, əylənməyi sevirəm. Bu işi görməklə nə qədər pul qazanacağımı öyrənmək istədim. 6 aya 500 min dollar yığdım”.

Qeyd edək ki, iki uşaq anası olan 29 yaşlı K.Vilkinson striptizlə məşğul olmazdan öncə pizza restoranında ofisiant və diş həkiminin yanında köməkçi işləyib.