"Forsaj"ın aktyorunun ölümünü qızı belə yada saldı - fotolar

"Forsaj"ın aktyorunun ölümünü qızı belə yada saldı - fotolar
3579 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur ABŞ aktyoru Paul Uolkerin ölümünün birinci il dönümündə qızı Meadou bir fotoyla atasını anıb.

Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Meadou atasının qucağındakı fotosunu paylaşaraq, "səni sevirəm" yazıb.

26 yaşda ata olan Uolker həmin dövrdə filmlərdə kiçik rollar alan və karyerası üçün çalışan gənc aktyor idi. Sevgilisi Rebekka Soteros ilə heç evlənməyən və bunu vacib saymayan Paulun ölümündən sonra 25 milyon dollar dəyərində mirası qızına qalıb. 

16 yaşlı Meadou yetkin dövrə çatana qədər var-dövləti aktyorun anası qoruyacaq.

Xatırladaq ki, keçən il noyabrın 30-da avtomobil qəzasında vəfat edən Paul Uolker "Forsaj" filminin əsas ulduzlarından idi.