Keçmiş həyat yoldaşı Cem Yılmazı güclə sakitləşdirdi - fotolar

Keçmiş həyat yoldaşı Cem Yılmazı güclə sakitləşdirdi - fotolar
2214 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayşə Xatun Önalla eşq yaşayan aktyor Cem Yılmaz ötən gün evində keçmiş həyat yoldaşı Ahu Yağtu və oğlu Kamalı qonaq edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobildən düşüb evə girərkən jurnalistlərin onları çəkdiyini görən C.Yılmaz əsəbləşərək “Çəkiliş etməyin”, - deyə qışqırıb.

Aktyorun keçmiş yoldaşı Ahu Yağtu isə “Evə gir” söyləyərək onu sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, Cem Yılmaz, bu yaxınlarda “Son Ümid” filminin qalasına Ayşə Xatun Önalla birlikdə qatılmışdı.