Los-Ancelesdə "Hobbit" seriyasından növbəti filmin təqdimatı keçirilib.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, aktyorlar Avropadakı nümayişdən sonra dünən ABŞ-da filmin tanıtım kampaniyasında iştirak ediblər.
İliin ən çox gözlənilən filmlərindən olan "Hobbit: Beş ordunun döyüşü"nün ("Hobbit: The Battle of the Five Armies") qəhrəmanları aktrisa Evancelin Lilli və aktyor Orlanda Blum fotoqrafların qarşısına keçib, media nümayəndələri ilə vaxt keçiriblər.
Kinonun rejissoru Piter Cekson, eləcə də aktyorlar Endi Serkis, Elayca Vud da qonaqlar arasında olublar.
Filmin bu hissəsində Bilbo Begginsin həyəcan dolu macərasını bitirdiyini və evə qayıtma yolunu tapdığını görəcəyik. Əjdaha Smauqla qarşı-qarşıya gəldikdən sonra, Orta Dünyaya köhnə düşmən geri qayıdacaq. Sauron, Qara Lord Orklardan ibarət ordu yığaraq Tənha dağa hücum etməyə hazırlaşır.
İndi Cırtdanlar, Elflər və İnsanlar qərar verməlidir: birləşmək və ya ölmək. Beş əzəmətli ordu döyüşə gedir və Bilbo öz həyatını və dostlarını müdafiə edərək hadisələrin ortasında qalır.