"Ulu öndər - Xatirələr" klipinin təqdimatı oldu - fotolar
Ölkə
09:40 / 11.12.14
1360dəfə oxunub
A-
A
A+
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Axşam.az-ın məlumatına görə, Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə bəstəkar Sevinc Tofiqqızının ümummilli liderə həsr etdiyi "Ulu öndərim – Xatirələr” mahnısına çəkilmiş klipinin də təqdimatı olub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, bəstəkar Sevinc Tofiqqızı, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, millət vəkilləri Rasim Musabəyov, Leyla Abdullayeva, Rüfət Quliyev və digər ictimai şəxslər iştirak ediblər. Anma mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından söz açıblar.
Qeyd edək ki, bəstəsi Sevinc Tofiqqızına aid olan “Ulu öndərim - Xatirələr" mahnısının aranjimanı Osman Həmidova aiddir. Klipin rejissoruluğunu isə Əziz Orucov edib.
Heydər Əliyevin həyat yolundan bəhs edən ekran işinin çəkilişlərinin bir qismi Ulu Öndərin məzarı yanında və 8 saylı musiqi məktəbində baş tutub.