Reper Qurdun “Efirdə Qurd” adlı konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, biletlər məhdud olduğu üçün gecədə 300 nəfər iştirak edib. Səhnəyə yarıçılpaq qızlarla çıxan reper konserti ilə bağlı təəssüratlarını bölüşüb:
“Konsertə qatılmaq istəyib, amma olmayanların hamısından üzr istəyirəm. İnsanlar elə bilir ki, bilet tapmaq asandır. Gecəyə iki gün qalmış bütün biletlər bitmişdi. Həmin gün dostlarım - idmançı Eduard Məmmədov, prodüser Təranə Səmədova, aktyor Fərda Xudaverdiyev, dicey Çina məni tək qoymadılar”.