Kraliçanın gəlini bir paltarı 3-cü dəfədir ki, geyinir - fotolar
Dünya
12:16 / 11.12.14
3393dəfə oxunub
A-
A
A+
Böyük Britaniya kraliçası II Elizabetin gəlini, Kembric hersoginyası Keyt Midlton bu dəfə də ənənələrə xilaf çıxıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda işgüzar səfərdə olan kral ailəsinin üzvləri ötən gün təşkil edilmiş şam yeməyinə qatılıblar. Gecəyə şahzadə Uilyamla birlikdə yollanan Keyt “Jennyl Peckham” imzalı libas geyinib. Diqqət çəkən məqam isə kraliçanın gəlininin həmin paltarı artıq üçüncü dəfədir ki, geyinməsi olub.
Belə ki, K.Midlton bundan əvvəl həmin libası ötən ilin oktyabrında və bu ilin fevralında qatıldığı tədbirlərə də geyinmişdi. Keyt birinci dəfə həmin paltarda olarkən saçlarını açıq qoymuş, ikinci dəfə isə geyimini qiymətli boyunbağı ilə tamamlamışdı. Hersoginya dünən isə həmin libasda saçlarını toplamış vəziyyətdə olub.