Dünya şöhrətli aktrisa Ancelina Coli Hollivudda “Difret” filminin premyerasına qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Zeresenay Məharinin rejissorluğu ilə çəkilən ekran işində A.Coli baş prodüser vəzifəsini icra edib. “Difret” Berlin kinofestivalında “Ən çox tamaşaçı rəğbəti qazanmış film” mükafatına layiq görülüb.
Aktrisa bu dəfə də təqdimetmə gecəsinə qara libas geyinib. O, daha əvvəl “Unbroken” (“Sınmaz”) filminin Nyu-Yorkdakı premyerasına da qara paltarda qatılmışdı.