Telefona 20 meqapikselli arxa və 8 meqapikselli ön kamera quraşdırılıb.
Bahalı idman avtomobilləri istehsal edən İtaliyanın “Lamborghini” şirkətinə daxil olan “Tonino Lamborghini Group” bu dəfə lüks telefon istehsal edib.
Axşam.az oxu.az-a istinadən xəbər verir ki, “Lamborghini”nin varlı müştəriləri üçün hazırladığı mobil telefon 5 düymlük Full HD ekranla təchiz edilib.
Dəri və poladdan ibarət olan telefona şirkət “88 Tauri” adını verib. “88 Tauri” mobil telefonuna 20 meqapikselli arxa və 8 meqapikselli ön kamera quraşdırılıb.
“Lamborghini”nin istehsal etdiyi bu telefon 6 000 dollara satışa çıxarılacaq.