Emin 35 yaşını qeyd etdi - fotolar

Emin 35 yaşını qeyd etdi - fotolar
7288 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada yaşayan azərbaycanlı biznesmen, müğənni Emin Ağalarov 35 yaşını qeyd edib.

Axşam.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, müğənni və iş adamı ad gününü qeyd etmək üçün iki yubiley konserti verib. Səbəbkar ən yaxşı kompozisiyalarını ifa edib, həmçinin "Начистоту" adlı yeni albomundan mahnıları səsləndirib. Səhnəyə onunla birgə Qriqoriy Leps, Ani Lorak, Stas Mixaylov, Keti Topuriya kimi ulduzlar çıxıb.

Yubiley-konsertdə Rusiyanın məşhurları Filipp Kirkorov, Sergey Lazarev, Andrey Malaxov, Anita Tsoy, Nikolay Baskov, Oleq Qazmanov, Timati, Aleksandra Saveleva, Soso Pavliaşvili da iştirak ediblər.

İkinci konsert gecəsindən sonra Emin ad gününü tanınmış dostları ilə bir yerdə restoranda davam etdirib. Burada dostları müğənniyə müxtəlif hədiyyələr veriblər.  

Gecənin ən maraqlı sürprizlərindən biri təkcə Rusiya şou-biznesinin deyil, dünya ulduzlarının da iştirak etdiyi videoçarx olub. Videoçarxda "Miss Universe-2014", biznesmen Donald Tramp, aktyor Robert de Niro və başqaları Emini təbrik ediblər.