Seyid Şuşinski yad olunacaq

Seyid Şuşinski yad olunacaq
794 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün ATV-də yayımlanacaq “Bakı vaxtı ilə” verilişində əfsanəvi xanəndə Seyid Şuşinskidən bəhs ediləcək.

Axşam.az-ın məlumatına görə, aparıcılığını müğənni Roza Zərgərlinin etdiyi proqramda xalq artisti Arif Babayev, Nəzakət Teymurova, Cabir Abdullayev və Əlibaba Hüseynov qonaq olacaq. Gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, həmkarları onunla bağlı xatirələrini bölüşəcəklər.
Qeyd edək ki, layihənin redaktoru Zabir Əliyev, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur.

Veriliş hər həftənin şənbə günü saat 23:00-da yayımlanır