"Doktorlar" serialının qəhrəmanları indi nə edirlər?

"Doktorlar" serialının qəhrəmanları indi nə edirlər?
3945 dəfə oxunub
  • A-
  • A
  • A+
Vaxtilə ən çox baxılan seriallardan biri də “Doktorlar” olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2006-2011 illərdə ekranlara gələn serialda o dövrün tanınmış gənc nəsil aktyorları yer alıb. Bəs, həmin aktyorların indi nə işlə məşğul olduqlarını bilirsiniz?

Müğənni Kutsi - serialda beyin cərrahı Ləvənt Ataxanlı xarakterini canlandırıb. Rolunu o qədər inandırıcı oynayıb ki, bir çox adam Kutsinin, həqiqətən, həkim olduğunu düşünməyə başlayıb. Müğənni bir müddət əvvəl həyat yoldaşıyla yaşadığı xoşagəlməz hadisələrlə gündəmə gəlib.

Aktrisa Yasəmən Ərgənə - serialda Ela rolunda oynayıb. Bu layihə onun həyatını dəyişib. Belə ki, o, çəkilişin aparıldığı özəl xəstəxananın sahibi İzzət Özilhanla evlənib. İki uşaq anasıdır. Karyerasından uzaqlaşan aktrisa əsasən ailəsinə vaxt ayırır.

Aktrisa Aysun Kayacı – serialdan sonra bir neçə televiziya proqramında iştirak edib. A.Kayacı bir müddət əvvəl İngiltərədə yaşayan Efe Kapancı adlı iş adamıyla evlənib. Artıq Aysun Kapancı adı ilə tanınır və media qarşısına çıxmır, suallara cavab vermir.

Aktrisa Məlikə Günər - baş rollardan birini canlandırıb. Daha sonra “İffet” serialında və “İncir Reçeli” filmində rol alıb. M.Günər iş adamı Əli Heydər Bozqurdla evlənib.

Aktyor Bəkir Aksoy - serialda uzun müddət rol alan aktyorlardan biri olub. O, daha sonra müxtəlif seriallarda kamera qarşısına keçib. Ailəlidir, bir uşağı var.

Aktyor Yağmur Atacan - serialın əhəmiyyətli xarakterlərindən birini canlandırıb. Bu serialdan sonra heç bir layihədə iştirak etməyib. Aktrisa Pınar Altuğla evlənən Yağmur hazırda ticarətlə məşğuldur.

Aktrisa Yeşim Ceren Bozoğlu - serialın təcrübəli aktrisalarından biri olub. Hazırda “Bu Hayat Benim” serialında tamamilə fərqli bir obrazı canlandırıb.

Akrtisa Naz Elmas – Naz daha əvvəl də bir neçə ekran işində yer alsa da, uzun müddətdir efirlərdə görünmür.

Devrim Nas - serialda plastik cərrahı canlandıran aktyor hazırda heç bir layihədə yer almır.

Aktyor Mehmet Aslan – hazırda heç bir layihədə iştirak etmir.

Aktyor Cüneyt Türeli – 2012-ci ildə dünyasını dəyişib.