Azərbaycanlı voleybolçu ana oldu - fotolar

Azərbaycanlı voleybolçu ana oldu - fotolar
8547 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur azərbaycanlı voleybolçu Valeriya Korotenko ana olub.

Axşam.az ans press-ə istinadən xəbər verir ki, 30 yaşlı voleybolçu bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

“Mənim böyük xoşbəxtliyim dünyaya gəldi. Mən anayam” - deyə yazaraq sevincini bölüşən idmançı, övladını dekabrın 12-də gündüz saatlarında dünyaya gətirdiyini də qeyd edib.

Bu ilin may ayında voleybolçunun bətnində olan körpəsini itirməsi ilə bağlı xəbərlər yayılmış və o, bundan çox qəzəblənmişdi. Daha sonra Korotenko, mətbuatda yayılan məlumatın doğru olmadığını, lakin analıq xoşbəxtliyinin qapısını döyəcəyi günü gözlədiyini bildirmişdi.

Xatırladaq ki, Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “Azəryol”, İsveçrənin “Volero” və Türkiyənin “Fenerbahçe” komandalarında çıxış etmiş Korotenko cüdoçu Nicat Məmmədov ilə evlidir.