"Google" Rac Kapurun 90 yaşını qeyd etdi - fotolar

"Google" Rac Kapurun 90 yaşını qeyd etdi - fotolar
2137 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün məşhur Hindistan aktyoru Rac Kapurun anadan olmasının 90 illiyidir.

Axşam.az-ın məlumatına görə, O, 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olub. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa edib. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır.
 
Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi.
"Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.

Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə - uşaq cinayətləri mövzusuna ("Ayaqqabı təmizləyənlər" (1954)); kasta bərabərsizliyi ("Bobbi" (1973)) və s. mövzulara toxunurdu.

Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat etmişdir. Rac Kapurun vəfatı bütün Hindistanı sarsıtdı və hər kəs bunu milli faciə kimi qəbul etdi.

Dünya şöhrətli aktyorun doğum günü "Google" şirkətinin də nəzərindən qaçmayıb. Belə ki, "Google" ana səhifəsində aktyorun iki filmindən kollaj düzəldərək Hindistandakı istifadəçilərə təqdim edib.