Rəşid Behbudovun 99 illiyidir

Rəşid Behbudovun 99 illiyidir
722 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı Rəşid Behbudovun 99 illiyidir.

Axşam.az-ın məlumtına görə, bu gün "Rəşid Behbudov fondu"nun təşkilatçılığı ilə Fəxri Xiyabanda anım mərasimi keçiriləcək. Saat 14:00-da başlayacaq tədbirdə fondun rəhbərliyi, sənətkarın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə anadan olub. Unudulmaz sənətkar Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. O,  bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edib.

R. Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.