Zamiqdən yeni klip

Zamiqdən yeni klip
1331 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynovun yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, klip rejissor Fərhad Əli tərəfindən «Səninlə yaşayıram» mahnısına çəkilib. 

Ekran işində Ukraynadan dəvət edilən model Kseniya Palfi rol alıb. Kseniya bundan əvvəl Z.Hüseynovun «Gör nələr olur» klipində də yer alıb.

«Səninlə yaşayıram»ın lirik kompozisiyasının əsasını, yaradıcılığı və repertuarı həmişə Zamiqin xoşuna gələn dünya şöhrətli Latın Amerikası ifaçısı Mark Entoninin «When I dream at night» (musiqi Robin Thicke, Dan Shea) mahnısı təşkil edir.

Bu mahnıya Azərbaycan dilində mətni radio-aparıcı Nurlanə Cəfərova yazıb. Kompozisiyanın aranjimanı İstanbulun aparıcı studiyalarından birində həyata keçirilib.