Ruhi evdar xanımın imicini dəyişdi - fotolar

Ruhi evdar xanımın imicini dəyişdi -  fotolar
3012 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox layihənin müəllifi Ruhi Əliyevanın təqdimatında yayımlanan “Dəb Siz” verilişinin növbəti efiri də maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, bu dəfə qəhrəman Fərqanə Eyvazovanın xarici görünüşündə problem olduğu kimi, qarderobu da ürəkaçan olmayıb. Qonağın əsas problemi isə daim qısa ətək və hündürdaban ayaqqabılara müraciət etməsidir. Fərqanənin açıqlamasına görə, onun donlarının ətəklərini həyat yoldaşı qısaldıb. Belə ki, o, xanımına uzun geyimlərin yaraşmadığını düşünüb.

Verilişin formatına uyğun olaraq əsas qəhrəmanı modelyer Afaq İsmayılzadə tənqid edib. Jurnalist Türkan Məmmədli isə onun tərəfini saxlayıb. “Dəb Siz”in müəllifi və əsas siması Ruhi Əliyeva isə bacardıqca haqlı olmağa çalışıb.

Proqramda ekspert rolunda əməkdar artist Nahidə Orucova, müğənni Vüqar Muradov və jurnalist Vüqar Vüqarlı çıxış ediblər.

“Dəb Siz” verilişinin sonunda Fərqanənin imici dəyişdirilib.

Qeyd edək ki, “Dəb Siz” hər həftənin bazar ertəsi saat 12:00-da ATV kanalında yayımlanır.

Foto: Rəşad ABBASOV