Dostları Oksanaya klip həsr etdilər - fotolar

Dostları Oksanaya klip həsr etdilər -  fotolar
2663 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Natavan Həbibi, İlhamə Qasımova, ABD Malik, Elnur Məmmədov və Azad Şabanov rəqqasə Oksana Rəsulovaya həsr etdikləri “Bu gözəlin rəqsinə bax” adlı mahnıya klip çəkdiriblər.

Axşam.az-ın məlumatına görə, bu barədə O.Rəsulovanın mətbuat xidmətindən deyilib. Xəbərdə bildirilir ki, artıq klip çəkilişləri yekunlaşıb. Ekran işi bu yaxınlarda mediaya təqdim olunacaq.

Onu da əlavə edək ki, klipi O.Rəsulovanın qardaşı Anar Rəsulov çəkib. O, bu ekran işini bacısına hədiyyə etdiyini deyib.

“Bu gözəlin rəqsinə bax” adlı bəstənin müəllifi gənc şairə Gülnar Hüseynovadır. O, mahnını rəqqasə Oksana Rəsulovanın Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” yarışmasındakı qalibiyyətindən ilhamlanaraq yazdığını bildirib. Bəstənin aranjimanı Nadir Nəğd Pula məxsusdur. Ekran işi təkcə Azərbaycanda yox, Hindistanda da nümayiş olunacaq.