Azərbaycanda qəribə heyvan skeleti tapılıb - video

Azərbaycanda qəribə heyvan skeleti tapılıb - video
1650 dəfə oxunub
  • A-
  • A
  • A+

Yerli sakinlər ərazidə iki ayağı və yırtıcı dişləri olan belə bir heyvana birinci dəfə rast gəldiklərini bildiriblər.

Lənkəran rayonunun  Göyşaban  kəndi ərazisində,  Xəzər dənizinin sahilində  qəribə heyvan skeleti tapılıb. Axşam.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, yerli sakinlər tərəfindən aşkarlanan skeletin uzunluğu təxminən 1,30 metrdir.
 
Skelet yırtıcı dişləri olan kəllədən, boyun fəqərələrinə bitişik qabırğa və onurğadan, həmçinin aşağı ətraf sümüklərindən ibarətdir.
 
Yerli sakinlər ərazidə iki ayağı və yırtıcı dişləri olan belə bir heyvana birinci dəfə rast gəldiklərini bildiriblər. Naməlum heyvan  Azərbaycan ərazisində nadir hallarda rast gəlinən çupakabraya bənzəsə də, bu skeletin yuxarı hissəsində  onun dördayaqlı olduğuna dəlalət edən hər hansı sümük çıxıntıları müşahidə olunmur.
 
Naməlum tapıntının aşkarlandığı əraziyə baxış keçirən Lənkəran Rayon  Baytarlıq İdarəsinin mütəxəssisləri də belə bir halla ilk dəfə rastlaşdıqlarını deyiblər.
 
Mütəxəssislər bildiriblər ki, bu tapıntı dəniz sahili ərazisində aşkarlansa da, dənizdə yaşayan heyvan deyil. Qəribə heyvanın cəsədinin bir müddət öncə baş verən daşqınlar nəticəsində sel suları ilə əraziyə gətirildiyi güman olunur.
 
Tapılan naməlum heyvan skeleti laboratoriyada ətraflı müayinə edilmək üçün Baytarlıq İdarəsi əməkdaşları tərəfindən götürülüb.