Heç vaxt cəmiyyət arasına çıxa bilməyəcək məşhurlar - fotolar

Heç vaxt cəmiyyət arasına çıxa bilməyəcək məşhurlar - fotolar
4620 dəfə oxunub
  • A-
  • A
  • A+
“Tattler” jurnalı heç vaxt qlamur jurnal səhifələrinə düşməyəcək məşhur qızların adlarını açıqlayıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sıralamada Dana Borisova, Viktoriya Lopırova, Yulya Volkova, Anastasiya Voloçkova, Maşa Malinovskaya kimi məşhurlar yer alıb. 

Dana Borisova və Viktoriya Lopirova siyahıya verdikləri müsahibəyə görə düşüblər.

Yulya Volkova, Anastasiya Voloçkova və xüsusilə Maşa Malinovskaya isə makiyajdan həddən artıq istifadə etdiklərinə görə digər həmkarlarına qoşulmalı olublar.
 
Anna Sedokova da rəfiqəsi Vera Brejnevadan fərqli olaraq qlamurlar siyahısına daxil ola bilməyəcək.
 
Viktoriya Bonya isə “Dom 2” realiti-şousundakı keçmişindən qurtula bilməyib. Belə ki, gözəl xanım məhz sözügedən şouya görə, heç vaxt qlamur jurnalların üz qabığını bəzəyə bilməyəcəkmiş.

Müsbət qəhrəman kimi, “Tattler” jurnalı Yulya Baranovanın adını qeyd edib. O, Andrey Arşavinlə boşanma ərəfəsində olarkən verdiyi müsahibə ilə bütün ölkənin rəğbətini qazana bilib.
 
Müğənni Qlükoza da qeyri-adi geyim tərzinə baxmayaraq, ictimai tədbirlərin sevilən qonağıdır.
 
Uğurlu ailə həyatı quran Kseniya Suxinova və Olesya Boslovyak da siyahıda yer alıb.

Kseniya Sobçak isə “Dom 2”-dəki aparıcılıq keçmişinə baxmayaraq, ən məşhur ictimai şəxsiyyət hesab edilir.

Jurnalistləri daha çox Yana Rudkovskaya heyrətləndirə bilib. Belə ki, Rublyovkadakı evində çəkilişlərə icazə verən xanım, bununla KİV-in ürəyini fəth edə bilib.