İlin əsas komediyası təqdim edildi - fotolar

İlin əsas komediyası təqdim edildi - fotolar
1310 dəfə oxunub
  • A-
  • A
  • A+

Londonda ilin əsas komediyası sayılan "Muzeydə gecə: sərdabə sirri" filminin təqdimatı baş tutub.

Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Şon Levinin "Muzeydə gecə" seriyasından olan üçüncü filmində avqustda dünyasını dəyişən aktyor Robin Uilyams da çəkilib.

Təqdimatda baş rol aktyorları Ben Stiller və Ouen Uilsondan əlavə aktyorlar Ben Kinqsli, Rebel Uilson, Riki Cerveys də iştirak edib.

Bundan başqa gecənin qonaqları arasında "Taxt oyunları" ("Game of Thrones") serialının ulduzu Meysi Uilyams da olub.

Komediyanın sujetinə gəlincə, muzeyin gecə gözətçisi Larri əvvəlki hissələrdə Ruzvelt, Napaleon kimi tarixi şəxsiyyətlərlə görüşmüşdü. Bu dəfə də tarix muzeyinin başqa dövrlərdən qonaqları olacaq.