Corc Kluninin xanımı birinci oldu - fotolar

Corc Kluninin xanımı birinci oldu - fotolar
1544 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Corc Kluninin həyat yoldaşı, vəkil Amal Kluni yazıçı-jurnalist və aparıcı Barbara Uoltersin hazırladığı bu ilin “Ən cazibədar ulduzlar”ı sıralamasında ilk yerdə qərarlaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən xanım artıq 20 ildir ki, ilin ən parlaq məşhurlarının reytinqini tərtib edir. “Amalın geyindiyi libaslar və taxdığı zinət əşyaları onun zövqündən xəbər verir”, - deyə B.Uolters bildirib.

A.Klunidən başqa, siyahıda aktyor Nil Patrik Harris, müğənniTeylor Svift, aparıcı Opra Uinfri, aktrisa Skarlett Yohanson, futbolçu Maykl Strahan, aparıcı və aktrisa Çelsi Hendler, mühəndis-iş adamı Devid Koks, kanadalı milyarder Elon Mask və “Taxt oyunları”nın yaradıcısı Corc Martin yer alıb.